Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək -

Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

 AZpress.AZ xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin sentyabr ayının 20-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Naftalan şəhər Heydər Əliyev Mərkəzində (Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 1) Naftalan şəhəri və Samux rayonundan olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Gəncə şəhər Heydər Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 535) Gəncə şəhəri və Kəlbəcər rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Goranboy rayon Heydər Əliyev Mərkəzində (Goranboy rayonu, Dədə Qorqud küçəsi, 27) Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin  mct@mct.gov.az  elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra

№-si

Şəhər (rayon)

Əlaqələndirici

şəxs

Əlaqə

telefonu

1

Gəncə şəhəri

Bəxtiyar Muradov

050-534-33-61

022-266-29-51

2

Naftalan şəhəri

Zöhrab Adıgözəlov

055-330-29-23

022-352-30-56

3

Samux rayonu

Süleyman Əliyev

050-687-58-43

022-275-11-39

4

Goranboy rayonu

Gündüz Hacıyev

050-364-94-26

022-245-31-26

5

Kəlbəcər rayonu

Hacı Əmrahov

050-441-84-82

022-261-50-19

6

Xocalı rayonu

Ruslan Bəşirov

050-584-07-09

022-247-47-31

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !