Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbul olunan Hərbi tibb fakültəsinin məzunları ilə görüş keçirilib -

Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbul olunan Hərbi tibb fakültəsinin məzunları ilə görüş keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyevin ədliyyə orqanlarının inkişafı, o cümlədən
penitensiar sistemin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkumların və
təqsirləndirilən şəxslərin sağlamlığının mühafizəsi, onlara göstərilən tibbi xidmətin
səviyyəsinin yüksəldilməsi üzrə məqsədyönlü tədbirlər davam etdirilir. Bu sahədə beynəlxalq
təşkilatlarla səmərəli əməkdaşlıqda müsbət nəticələrə nail olunub və artıq bir çox dövlətlər
Azərbaycan təcrübəsindən faydalanırlar.
Penitensiar sahədə fəaliyyətin müasirləşdirilməsi, həmçinin ədliyyə işçilərinin tibbi
təminatının gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyində yüksək ixtisaslı həkimlərə ehtiyac
nəzərə alınaraq respublika Nazirlər Kabinetinin sərəncamına əsasən Azərbaycan Tibb
Universitetinin Hərbi tibb fakültəsinə 2009-cu ildən etibarən Nazirlik üçün tələbə qəbulu
həyata keçirilir. Nazirlik tərəfindən həmin tələbələrlə təhsil müddətində mütəmadi əlaqə
saxlanılıb, onlara penitensiar və tibb xidmətlərində qulluq keçmənin xüsusiyyətləri aşılanıb,
bu sahədə təcrübə keçməklə peşə vərdişlərinə yiyələnmələrinə hər cür şərait yaradılıb.
Ədliyyə Nazirliyi üçün hazırlanan ATU-nun Hərbi tibb fakültəsinin xüsusi təhsil almış
builki 15 məzunu Nazirliyin sərəncamına göndərilib.
Ədliyyə naziri Fikrət Məmmədov ədliyyə orqanlarına qulluğa qəbul edilən gənc həkimləri
qəbul edib.
Tədbirdən öncə Fəxri Xiyabanda müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın
ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edən gənclər, dahi şəxsiyyətin abidəsi
önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Nazirlikdə keçirilmiş tədbirdə çıxış edən nazir F.Məmmədov Ulu Öndərin siyasi kursunu
layiqincə davam və inkişaf etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə
respublikamızın davamlı sosial-iqtisadi tərəqqisini, dünyada ən islahatçı dövlətlərdən
olduğunu və bütün sahələrdə əldə olunan yüksək nailiyyətləri vurğulayıb, Azərbaycan
ədliyyəsinin inkişafı və müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat verib,
dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edib.
Bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq
ədliyyə orqanlarında gənclər geniş təmsil olunurlar. Onların işlə təminatı daim diqqətdə
saxlanılaraq müasir İKT-lər tətbiq olunmaqla və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə
şəffaf seçimlər əsasında qulluğa qəbul edilirlər. Hazırda ədliyyə sistemində çalışan işçilərin
təxminən yarısını gənclər təşkil edir və onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət
göstərirlər.
Eyni zamanda, ölkədə geniş vüsət alan könüllülük hərəkatının ədliyyə sahəsində təşviq
olunaraq hazırda 600-dən çox ədliyyə könüllüsünün fəaliyyətə cəlb edildiyi bildirilib.
Penitensiar sistemdə və tibb xidmətində aparılan islahatlardan geniş söhbət açan nazir
məzunlara dövlətçiliyə sədaqətlə xidmət etmələri, insanlara qayğılı münasibət göstərmələri,
xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl
olunması barədə tapşırıqlarını verib, uğurlu fəaliyyət arzulayıb.
Çıxış edən məzunlar müstəqil Azərbaycanımızın gələcək tərəqqisi naminə əzmlə
çalışacaqlarını, dövlət gənclər siyasətini uğurla davam etdirən ölkə başçısına layiqli yardımçı
olacaqlarını vurğulayaraq, vəzifə borclarını məsuliyyətlə yerinə yetirəcəklərinə, ədliyyə işçisi
adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Yeni təyinat alan həkim-zabitlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə
təntənəli qaydada and içiblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !