Mübariz Qurbanlı Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi müsabiqəsinin qalibləri ilə görüşüb - + FOTO=6

Mübariz Qurbanlı “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb + FOTO=6

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin
qalibləri ilə görüşüb.

4 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər
Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi”
müsabiqəsinin qalibləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının iştirakı ilə görüş keçirilib.
Gəncləri təbrik edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)
sədri Mübariz Qurbanlı çıxışında Azərbaycanın, eyni zamanda müxtəlif
ölkələrin dövlət-din modelləri, tolerant və multikultural dəyərlərimizin
beynəlxalq aləmdə təbliği, komitənin dini maarifləndirmə istiqamətində
gördüyü işlər haqqında tələbələrə məlumat verib. Komitə sədri qeyd edib ki,
“Azərbaycan unitar, hüquqi, demokratik və dünyəvi dövlətdir. Dünyəvilik
Konstitusiyada öz əksini tapıb və ölkədə dövlət-din münasibətləri yüksək
səviyyədə təşkil olunub”.
Tədbirin sonunda çıxış ətrafında müzakirələr aparılıb və gənclərin sualları
cavablandırılıb, o cümlədən müsabiqə qaliblərinə DQİDK-nın ölkəmizdəki
nümunəvi dövlət-din münasibətləri haqqında ingilis dilində nəşr etdirdiyi
kitab təqdim edilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !