TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edəcək - (+FOTO=1)

TÜRKSOY-un Gənclər Kamera Orkestri Bakıda çıxış edəcək (+FOTO=1)

 AZpress.AZ xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb. Kollektivin səfəri Qazaxıstandan başlayıb.

Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. Kollektiv sentyabrın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edəcək. Ayın 6-da yenidən Qazaxıstana qayıdaraq Almatı şəhərində konsert verəcək.

Daha sonra isə kollektiv Bakıya gələcək. Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edəcək.

Qeyd edək ki, 2010-cu ildə yaradılan orkestr dünyanın müxtəlif şəhərlərində 60-a yaxın konsert verib. On ölkəni təmsil edən gənc ifaçılardan ibarət orkestrə üç dirijor – Azərbaycandan Mustafa Mehmandarov, Qazaxıstandan Ənvər Əkbərov və Tatarıstandan Renat Salavatov rəhbərlik edirlər.

Türk dünyasının müxtəlif ölkələrindən gənc sənətçilərin bir araya gəlməsi ilə yaradılan orkestrin konserti sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Qazaxıstanda keçirilən konsertlərdə çıxış edərək, gənc istedadların bu konsertlər vasitəsilə türkdilli ölkələrin bəstəkarlarını dünyaya tanıtdıqlarını bildirib. Baş katib orkestrin turnesinin Türk Şurasının yaradılmasının 10 illiyinə həsr olunduğunu söyləyib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !