Bərdə, Tərtər və Ağdam rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib - + FOTO=13

Bərdə, Tərtər və Ağdam rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib + FOTO=13

Bərdə Şəhər İcra Hakimiyyətinin iclas zalında Bərdə, Tərtər və Ağdam rayon təhsil təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.

Konfransda Azərbaycan Respublikası Təhsil Nazirinin müavini, fəlsəfə elmləri doktoru Məhəbbət Vəliyeva, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə, Ağdam, Tərtər rayonunun təhsil işçiləri, KİV nümayəndələri iştirak ediblər.

Konfransı Məhəbbət Vəliyeva açıq elan edib. Sonra Dövlət Himni səsləndirilərək, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdləri hazırladıqları kompazisiya ilə konfrans iştirakçılarını salamlayıblar.

Bərdə RTŞ-nin müdiri Rzaqulu Şərifov, Ağdam RTŞ-nin müdiri Mətanət Misirxanova, Tərtər RTŞ-nin vəzifəsini icra edən Elvin Umudov hesabat məruzəsi ilə çıxış ediblər. Daha sonra Məhəbbət Vəliyeva geniş çıxış edərək hesabatlara öz münasibətini bildirib və hər üç rayonun hesabatının qənaətbəxş olduğunu diqqətə çatdırıb.

Təhsil müavini qəbul imtahanlarında zəif nəticə göstərən məktəblərin fəaliyyətinin artırılmasının vacibliyini vurğulayıb. O, məktəbdaxili qiymətləndirmənin obyektiv aparılmasının qəbul imtahanının nəticələrinə təsir göstərdiyini bildirərək, məktəblərdə diaqnostik və formativ qiymətləndirməyə nəzarətin artırılmasını qeyd edib.

Sonda Məhəbbət Vəliyeva 2019-2020-ci dərs ilində təhsil işçilərinə qarşılarına qoyulan vəzifələri layiqincə yerinə yetirmələri üçün tövsiyələrini verib və yeni tədris ilində təhsil işçilərinə uğurlar arzulayıb.

Konfrans müzakirələrlə davam etdirilib

Hidayət ( AZpress.AZ )
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !