Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünə start verdi - + FOTO=5

Sumqayıt Dövlət Dram Teatrı 51-ci teatr mövsümünə start verdi + FOTO=5

50-ci teatr mövsümünü müvəffəqiyyətlə başa vuran Sumqayıt Dövlət Dram
Teatrında 51-ci mövsümün ilk toplantısı keçirildi. Teatrın direktoru Əməkdar artist
Mübariz Həmidov hər kəsi salamladı, cari mövsümün kollektiv üçün məhsuldar il
olmasını arzuladı. Direktor ötən il hazırlanan müxtəlif janrlı tamaşalardan, həyata
keçirilən yeni layihələrdən, hər birinin uğurla nəticələnməsindən və bu proqresin
davamlılığından danışdı. Prezident İlham Əliyevin böyük dramaturq-yazıçı
C.Cabbarlının yubileyi ilə əlaqədar verdiyi sərəncama əsasən sənət ocağında
“Solğun çiçəklər” faciəsinin hazırlanaraq 51-ci mövsümün açılışında nümayiş
etdirilməsinin nəzərdə tutulduğunu deyən Mübariz Həmidov eyni zamanda
teatrımızın, incəsənətimizin dünya miqyasında tanıdılması üçün kollektivimizin
öhdəsinə düşən məsuliyyəti vurğuladı. O bildirdi ki, Sumqayıt Dövlət Dram Teatrı
51-ci mövsüm bir neçə festivala qatılacaqdır. Bunun üçün yaradıcı heyətin əzmlə,
şövqlə çalışmasının vacibliyini dilə gətirən Əməkdar artist Mübariz Həmidov
qarşıda duran planlardan da söz açdı. Daha sonra teatrın baş rejissoru xalq artisti
Firudin Məhərrəmov fikirlərini kollektivlə bölüşdü. Xalq artisti son zamanlar
hazırlanan PR kompaniyalara, müxtəlif maarifləndirici layihələr irəli sürdüyünə,
həmçinin kollektiv daxili mükafatlandırma tədbiri keçirildiyinə görə direktora
xüsusi minnətdarlıq bildirdi. Direktorun ideya müəllifi olduğu bir sıra layihələr
sayəsində tetra tamaşaçı axınının da artığını, axşam tamaşalarının anşlaqla
keçdiyini söylədi. İclasda cari mövsümdə həyata keçirilməsi nəzərdə tutulan bir
sıra məsələlər müzakirə olundu. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !