Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi - + FOTO=2

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi + FOTO=2

Bakı Dövlət Universitetində (BDU) müxtəlif illərdə bu ali təhsil ocağının hüquq, fizika, riyaziyyat,
şərqşünaslıq, biologiya fakültələrini bitirən vyetnamlı məzunlarla görüş keçirilib.
Rektor Elçin Babayev Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin hələ Sovet
İttifaqı dövründə qurulduğunu, əməkdaşlığın uğurla davam etdirildiyini bildirib. E.Babayev iki
ölkə arasında əlaqələrin inkişafında və daha da möhkəmlənməsində Azərbaycan ali təhsil
ocaqlarının, xüsusilə, Bakı Dövlət Universitetinin vyetnamlı məzunlarının böyük rol oynadığını
vurğulayıb.
BDU-nun vyetnamlı məzunlarının hazırda Vyetnam Milli Assambleyasında, o cümlədən müxtəlif
dövlət qurumlarında, təhsil ocaqlarında, elm və araşdırma mərkəzlərində, habelə özəl sektorda
çalışdıqlarını xatırladan rektor Azərbaycanın Vyetnamla bütün sahələr üzrə əməkdaşlığın
inkişafına önəm verdiyini qeyd edərək, təhsil sahəsində tarixən mövcud olan uğurlu əlaqələrin
davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyini bildirən rektor vyetnamlı
məzunları yubileyə və həmin günlərdə keçiriləcək məzunlar forumuna dəvət edib.
BDU-nun Fizika fakültəsinin 1979-cu il məzunu, nümayəndə heyətinin rəhbəri Nguyen Hoai
Chau doğma universitetdə olmalarından məmnunluğunu ifadə edərək, artıq 30 ildir ki, hər il BDU-
nun təsis edildiyi 1 sentyabr tarixində Azərbaycan ali təhsil ocaqlarının digər vyetnamlı məzunları
ilə birlikdə bu əlamətdar günü qeyd etdiklərini bildirib.
Ötən əsrin 70-80-ci illərdə Vyetnamdan böyük bir ziyalı təbəqəsinin məhz respublikamızda təhsil
almasını yüksək qiymətləndirən vyetnamlı məzunların müəllimləri bu dostluğun əsasında hələ
SSRİ vaxtında Vyetnama səfər edən ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edib,
məzunların öz doğma universitetlərini hər zaman xatırladıqlarını, müntəzəm olaraq ziyarət
etdiklərini bildiriblər.
Məzunlar təhsil aldıqları fakültələrdə, dərs keçdikləri auditoriyalarda, laboratoriyalarda olub,
universitetin inkişafından məmnun olduqlarını bildiriblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !