Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi müsabiqəsinin qalibləri ilə görüş keçirilib - + FOTO=10

“Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüş keçirilib + FOTO=10

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad
Muradov “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri
ilə görüşüb.

3 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər
Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi”
müsabiqəsinin qalibləri ilə Azərbaycan Respublikasının Gənclər Fondunun
icraçı direktoru Fərid Cəfərovun və Azərbaycan Respublikası Diasporla İş
üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirak ilə Gənclərin İnkişaf
və Karyera Mərkəzində görüş keçirilib. Qalib gəncləri təbrik edən və onlara
uğurlar arzulayan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov
ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin
gənclər siyasəti barədə məlumat verib. Gəncləri təbrik edən Azərbaycan
Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
ölkənin inkişafı, diaspor hərəkatının güclənməsi, Azərbaycan diasporunun
yol xəritəsi, gənclərin bu sahədə rolu və xüsusilə xaricdə təhsil alan
gənclərimizin diaspor fəaliyyətinə verəcəyi töhfələrlə bağlı fikirlərini diqqətə
çatdırıb. Daha sonra qonaqlar diaspor gənclərinin suallarına cavab veriblər,
fikir mübadiləsi aparılıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !