Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi yarışları birinciliklə başa vurub - + FOTO=5

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi yarışları birinciliklə başa vurub + FOTO=5

Avqustun 26-28 tarixlərində Müstəqil Dövlətlər Birliyi gömrük orqanlarının kinoloji
xidmətlərinin və xidməti axtarış itlərinin çoxnövçülük üzrə 9-cu yarışları keçirilib.
Rusiya Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin bazasında təşkil olunan
yarışlarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi də
uğurla iştirak edib.
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi komanda hesabında I yerə, şəxsi
hesabda II yerə, narkotik vasitələrin otaq şəraitində axtarışı mərhələsində I yerə,
narkotik vasitələrin minik maşınlarında axtarışı mərhələsində II yerə, narkotik
vasitələrin əl yüklərində axtarışı, narkotik vasitələrin yük avtomobillərində axtarışı və
ümumi itaətetmə mərhələlərində isə III yerə layiq görülüb.
Qeyd edək ki, yarışlardan əvvəl və sonra digər tədbirlər də keçirilib.
Avqustun 25-də MDB gömrük orqanlarının kinoloji bölmələrində xidməti itlərlə
təlim-məşğələnin təşkili üzrə aktual problemlər və xidməti itlərin təlim olunma
dərəcəsinin qiymətləndirilməsinin meyarları mövzusunda seminar təşkil olunub.
Seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji
Mərkəzinin hazırladığı "Axtarış itinin iybilmə qabiliyyəti haqqında" videoçarx təqdim
edilib və maraqla qarşılanıb.
Avqustun 29-da isə yarışların qaliblərinə kubok və medallar təqdim olunub.
Daha sonra MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq
Mühafizə Bölmələri Başçıları Komitəsinin kinoloji fəaliyyət məsələləri üzrə işçi
qrupunun 21-ci iclası keçirilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !