ƏSA Teatrı 3 yaşını qeyd edir - - VİDEO

ƏSA Teatrı 3 yaşını qeyd edir - VİDEO

3 sentyabr Azərbaycanda inklüziv teatrın əsasının qoyulduğu gündür.
Yarandığı gündən Azərbaycanla yanaşı dünyanın digər ölkələrində də böyük
maraqla qarşılanan İnklüziv ƏSA Teatrı bu gün 3 yaşını qeyd edir. ƏSA Teatrı 3
sentyabr 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub.
Azərbaycanın ilk və tək inklüziv teatrı yarandığı gündən bu günədək – 3 il ərzində
böyük uğurlara imza ataraq, dünya və Azərbaycan ədəbiyyatının ən sevilən
əsərlərinə quruluş verib. Gənc olmasına baxmayaraq ƏSA Teatrı U.Şeksprin,
C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin əsərləri olmaqla beş tamaşa və
bir perfomans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək, ölkədə əlilliyi olan
şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub və
uğurla davam etdirir. 2016-cı ilən bu günədək ƏSA Teatrı yerli və xarici, dövlət və
qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.
ƏSA Teatrı öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətini dünyada uğurla təmsil edir.
Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da “Açıq Dünya”
Proqramında ölkəmizdəki inklüziv incəsənətin, teatrın fəaliyyəti və inkişafı
haqqında ətraflı məlumat verib. Həmçinin, Azərbaycan bölgələrini qarış-qarış
gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla
tamaşalar nümayiş etdirib.
2019-cu il Azərbaycanda “Nəsimi İli” kimi qeyd olunduğundan ƏSA Teatrı böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan
anterpriza hazırlayır.
Bu gün 3 yaşını qeyd edən ƏSA Teatrında 30-a yaxın əlilliyi olan və olmayan
istedadlı aktyor heyəti fəaliyyət göstərir. Bütün kollektivin 3-cü ad günündə ƏSA
Teatrına ən böyük arzusu qarşıdakı teatr mövsümündə kirayələrdən xilas olmaq və
inklüziv teatrın özünün binasının olmasıdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !