Arvadını və baldızını bıçaqladı... -

Arvadını və baldızını bıçaqladı...

Səhiyyə Nazirliyi gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovanın sağlamlıq vəziyyətini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda onların vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.

Xatırladaq ki, ötən gün Binəqədi rayonunda 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızına 14, baldızı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızına isə 5 bıçaq zərbəsi vurub.

Polis cinayətkarı axtarır.

***

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Binəqədi şossesi döngə 4 ünvanında 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızını bıçaqlayıb.

R.Mahmudova 14 bıçaq xəsarəti alıb. S.Quliyev daha sonra baldızı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızına 5 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.

Hadisəni törədən S.Quliyev ərazidən qaçıb.

Yaralılar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır.

Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !