BDU-nun 100 illiyinə həsr olunan konfrans başa çatıb - + FOTO=3

BDU-nun 100 illiyinə həsr olunan konfrans başa çatıb + FOTO=3

 Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan
“Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransının (IECMSA-
2019) bağlanış mərasimi keçirilib.

BDU-nun rektoru Elçin Babayev dörd gün davam edən konfransın işini yüksək
qiymətləndirib, bölmə iclaslarında təqdim olunan məruzələrin, aparılan elmi
müzakirələrin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Rektor gələcəkdə
dünyanın tanınmış riyaziyyatçılarının iştirakı ilə Bakı Dövlət Universitetinin
tələbə, magistr və doktorantları üçün riyaziyyat üzrə məktəblərin təşkil olunması
təklifini irəli sürüb. 

Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun Bakı Dövlət
Universitetinin əsas tərəfdaşlığı və ev sahibliyi ilə keçirilən konfransın faydalı
olduğunu bildirib və təqdim olunan məqalələrin toplu şəklində və indekslənən
jurnallarda nəşr olunacağını haqqında məlumat verib.

Sonra beynəlxalq konfransın bölmə iclaslarına rəhbərlik edən yerli və xarici
alimlərin hesabatları dinlənilib. Azərbaycanda olmaqdan məmnunluqlarını bildirən
qonaqlar, konfransın işini yüksək dəyərləndirib, təşkilatçılara, universitet
rəhbərliyinə minnətdarlıq ediblər.
Bağlanış mərasimində rektor Elçin Babayev Türkdilli Dövlətlərin Riyaziyyatçılar
Cəmiyyətinin fəxri prezidenti, tanınmış alim, bacarıqlı elm təşkilatçısı Hilmi
Hacısalihoğlunu “Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın inkişafına
verdiyi böyük töhfələrə, Azərbaycan riyaziyyatçılarına göstərdiyi xüsusi diqqət və
qayğıya görə” “BDU-nun Fəxri diplomu” ilə təltif edib.
Bakı Dövlət Universitetinin bir qrup əməkdaşı Təşkilat Komitəsi tərəfindən
konfransın təşkilində göstərdikləri xidmətlərə görə sertifikata layiq görülüblər.
Qeyd edək ki, Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat
Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya
Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi
ilə baş tutan konfransda Cəbr, Topologiya, Riyazi analiz və differensial tənliklər,
Statistika, Tətbiqi Riyaziyyat, Riyazi təhsil, Diskret Riyaziyyat, İnformasiya
təhlükəsizliyi, Həndəsə və riyaziyyatın digər sahələri ilə bağlı 43 ölkədən daxil
olmuş 243 elmi məruzə dinlənilib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !