Kosmik hava durumu və proqnozu - - Maqnit qasırğası davam edir + FOTO=12

Kosmik hava durumu və proqnozu - Maqnit qasırğası davam edir + FOTO=12

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə
olmuşdur. Günəş diskində 2748 (N14E22, Bxo / бета) fəal oblastı müşahidə olunsa da
stabildir. Peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac
kütlə atılması) aşkar olunmamışdır.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində çox yüksək səviyyədə
olmuşdur. Maksimal qiymət 53,007 pfu olmaqla 01 Sentyabr/20.15 UTC-də qeydə
alınmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon
səviyyəsində stabil qalmışdır.
28 avqust tarixində əmələ gələn tac dəliyinin Yerə doğru yönəlməsi və nəticədə
gözlənildiyi kimi CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan
yüksək sürətli axınlar) effektinin geoeffektivliyi səbəbindən hesabat dövründə Günəş
küləyi parametrlərində kəskin artma müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 600 -
775 km/san intervalında dəyişmişdir, maksimal qiymət isə 01 Sentyabr/01.06 UTC-də
835 km/san olmuşdur. Ümumi maqnit sahəsi ortalama 4-9 nT-ya intervalında,
B z  komponenti isə +/- 8 intervalında dəyişmişdir. Phi bucağı əsasən müsbət sektorda
qərarlaşmışdır.
Geomaqnit sahə son 24 saat ərzində G2 (Moderate) səviyyəli maqnit
qasırğasının təsiri altında həyəcanlanmış halda olmuşdur (Kp=6).
Kosmik hava proqnozu – Proqnoz dövründə (02 - 04 sentyabr) Günəş
fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə də (02 – 04 sentyabr)
yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin
proqnoz dövründə (02 – 04 sentyabr) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə ilk gün (02 sentyabr) Günəş küləyi parametrlərinin CH HSS
effektinin təsiri altında sürətli külək rejiminə uyğun qalacağı, növbəti günlər isə (03, 04
sentyabr) nisbətən zəifləyəcəyi proqnozlaşdırılır.
Proqnoz dövründə ilk gün (02 sentyabr) G1 səviyyəli (Kp=5) maqnit
qasırğasının davam edəcəyi proqnozlaşdırılır. Sonuncu iki proqnoz günləri isə
(03, 04 sentyabr) CH HSS effekti təsiri azalacağından nisbətən sabit şərait (Kp=3,
4) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 02 sentyabrda
20%-dən, 03 və 04 sentyabr tarixlərində isə uyğun olaraq 5%-dən və 1%-dən aşağı
qiymətləndirilir.

 
DİQQƏT!

Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və
peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Təbii ki, sürətli
Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı
orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan
olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi
narahatçılıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər.
Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox
qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən
imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla
(planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit
sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

Azərbaycan Milli Elmlər Akademiyası
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Orxan M. Salehli 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !