Oğlunun radikal dini təriqətə qoşulduğu deyilən keçmiş nazir danışdı: - Məsələyə son qoymaq istəyirəm

Oğlunun radikal dini təriqətə qoşulduğu deyilən keçmiş nazir danışdı: “Məsələyə son qoymaq istəyirəm”

Sabiq kənd təsərrüfatı naziri İsmət Abasovun oğlu Yunis Abasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda xəbərin ardından bu günlərdə mətbuat onun Londonda radikal dini təriqət üzvü olması barədə informasiyalar da yayıb. Modern.az saytı yayılan informasiya ilə bağlı İsmət Abasovla əlaqə saxlamağa çalışıb.
Sabiq nazir saytımıza açıqlamasında yayılanlar barədə danışmayacağını bildirib:
“Oğlum haqqında neçə gündü bəzi informasiyalar yayılır. İndi də sələfi olduğunu yazırlar. Bir kəlmə ilə məsələyə son qoymaq istəyirəm. Yazılanların hamısı yalandır. Başqa heç nə deyə bilmərəm”.
Qeyd edək ki, İsmət Abasovun oğlu Yunis Abbasov haqqında yayılan məlumatlarda qeyd olunub ki, Yunis Abasov hələ Londonda təhsil alarkən dini baxışlarını dəyişib və sələfi təriqətinin daşıyıcısına çevrilib.
İsmət Abasov 1997-2004-cü illərdə kənd təsərrüfatı nazirinin 1-ci müavini, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə kənd təsərrüfatı naziri olub.

22 oktyabr 2013-cü ildə kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən sonra həmin tarixdən Baş nazirinin müavini təyin olunub. 2018-ci il 21 aprel tarixində Prezident tərəfindən verilən sərəncamla vəzifəsindən azad edilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !