Sabiq Baş prokuror Əli Ömərovun işinə məhkəmədə baxılacaq -

Sabiq Baş prokuror Əli Ömərovun işinə məhkəmədə baxılacaq

Ölkənin sabiq Baş prokuroru Əli Ömərov bir ilə yaxındır ki, pensiyasının artırılması üçün məhkəmələrdə çəkişir.

Bu ilin əvvəlində bu məsələyə baxıb, Ə.Ömərovun əleyhinə qərar vermiş Bakı Apellyasiya Məhkəməsi sentyabrın 3-də yenidən bu işi araşdıracaq. Çünki Ali Məhkəmə onun çıxardığı qərarı ləğv edib, işi yenidən araşdırmaq üçün apellyasiya instansiyasına qaytarıb.

AZpress.AZ Bizimyol.info-ya istinadən xəbər verir ki, Ə.Ömərov pensiyasının yenidən hesablanmasını istəyir. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsini məhkəməyə verib. İddia ərizəsində də məhkəmədən xahişi bu olub ki, qarşı tərəfin üzərinə onun pensiyasını yenidən hesablayıb, indiyədək arada olan məbləğ fərqini ödəmək öhdəliyi qoyulsun.

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi onun iddiasını təmin edib. Qarşı tərəf qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. Bu ilin fevralında Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Bu dəfə qərardan Ə.Ömərov narazı qalıb və Ali Məhkəməyə üz tutub. İyun ayında Ali Məhkəmə sabiq Baş prokurorun kassasiya şikayətinə baxaraq təmin edib – apellyasiya məhkəməsinin qərarı ləğv olunub, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !