35 il günahsız yerə həbsxanada yatan qadın milyonçu oldu -

35 il günahsız yerə həbsxanada yatan qadın milyonçu oldu

ABŞ-ın Nevada ştatında tələbəni qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan və saxta ittihamlarla təqribən 35 il müddətinə azadlıqdan məhrum edilən qadın üç milyon dollar kompensasiya alacaq.

Bu barədə "Report" Daily Mail-ə istinadən xəbər verir.

Belə ki, 1980-ci ildə 29 yaşlı Keti Vuds 19 yaşlı tələbə Mişel Mitçelin qətlə yetirilməsində təqsirkar bilinərək 35 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət 1976-cı ildə törədilib. Nevada Ali Məhkəməsi tezliklə hökmü ləğv etsə də, 1984-cü ildə qadın yenidən mühakimə edilib və işi araşdıran yuxarı istansiyalar həbslə bağlı verilən hökmü qüvvədə saxlayıblar.

2015-ci ildə cinayət yerində tapılan siqaret kötüyü vəziyyəti tamam dəyişib. Siqaret kötüyünün DNT müayinəsi keçirilib və qadının Mişel Mitçelin qatili olmadığı müəyyən edilib. Əsl qatilin 5 qadını zorlayaraq öldürməkdə təqsirli bilinən Rodni Halboer olduğu ortaya çıxıb. O, 2018-ci ildə 17 yaşlı Pol Bakster və 18 yaşlı Veronika Kaşonu qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.

Cari ilin avqust ayının 27-də amerikalı qadına üç milyon dollar məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !