Bakıda əməliyyat - – Külli miqdarda narkotik tərkibli həblər aşkarlandı

Bakıda əməliyyat – Külli miqdarda narkotik tərkibli həblər aşkarlandı

Bakıda narkotik vasitələrə qarşı əməliyyatlar davam edir.

AZpress.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini C.İsayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq metamfetamin, 763 ədəd metilendioksimetamfetamin və 1004 ədəd ekstazi həbi aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !