Lənkəranda qəzada yaralananların vəziyyəti: - 10 nəfər xəstəxanadadır

Lənkəranda qəzada yaralananların vəziyyəti: 10 nəfər xəstəxanadadır

Səhiyyə Nazirliyi Lənkəranda ötən gün baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti ilə bağlı məlumat yayıb.

AZpress.AZ nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanların vəziyyəti orta ağırdır.

Qəza nəticəsində sürücü yerindəcə ölüb. 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 10 nəfər xəstəxanada qalacaq, digərləri ambulator müalicəyə buraxılır. Qalan 10 nəfərdən ikisi reanimasiya şöbəsində saxlanılır. Reanimasiya şöbəsinə yerləşdirilən iki qadından birinin vəziyyəti kritikdir.

Baş həkimin sözlərinə görə, açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır. Reanimasiya şöbəsində müalicə alan digər qadına isə qapalı kəllə-beyin travması və qabırğa sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

Travmatologiya şöbəsində müalicə alan səkkiz qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !