Gənclər təşkilatı əlil uşaqları arabalarla təmin etdi - (+FOTO=5)

Gənclər təşkilatı əlil uşaqları arabalarla təmin etdi (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, gənclər üçün Təhsil Mərkəzi Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu və Avropa İttifaqının dəstəyi ilə "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində Şirvan şəhərində əlilliyi olan 10 uşaq və yeniyetməni əlil arabası ilə təmin etdi.

Bu münasibətlə təşkil edilən mərasimdə çıxış edən Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə dövlətin əlilliyi olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd edərək, qeyri-hökumət təşkilatları tərəfindən bu kimi tədbirlərin reallaşdırılmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, ayrı-ayrı fərdlər və ya təşkilatlar bu işdə dövlətə dəstək verməli, belə təşəbbüslərin artırılmasına çalışmalıdır. F.Həsənzadə əlilliyi olan uşaq və gənclərə daim dəstək verdiklərini, onları nəinki əlil arabaları ilə, eyni zamanda təhsil xidmətləri ilə təmin etdiklərini bildirmişdir.

Tədbirdə bəzi əlil arabaları sahiblərinə təqdim edilmiş, gəlmək imkanı olmayanlarınkı isə evlərində təqdim olunmuşdur.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !