Pakistan mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini vurğulamışdır - (+FOTO=5)

Pakistan mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini vurğulamışdır (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, Pakistanın tanınmış “Diplomatik News Agency” xəbər agentliyinin və “Centreline” jurnalının internet səhifələrində “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bugün öz doğum gününü qeyd edir” sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalənin girişində Mehriban xanımın həyat yoluna nəzər salınaraq onun uşaqlıqdan bəri bacarıqlı şagird, daha sonra tələbə və gənc olduğu haqda məlumat verilir, onun ictimai işlərdə aktiv fəaliyyətinə toxunularaq 1995-ci ildə Mehriban Əliyevanın “Azərbaycan Mədəniyyəti Fondu”nun, 1996-cı ildə isə üç dildə nəşr edilən “Azərbaycan – İrs” jurnalının əsasını qoyduğu vurğulanır, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildiyi diqqətə çatdırılır.

Müəllif Mehriban Əliyevanın 2004-cü ildən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini öyrənmək və onun milli dövlətçilik ideyalarını təbliğ etmək məqsədilə təsis edilmiş Heydər Əliyev Fonduna rəhbərlik etdiyini vurğulayır, həmçinin Mehriban xanımın eyni ilin avqustunda Azərbaycanın şifahi xalq ədəbiyyatı və milli musiqisinin qorunması və inkişaf etdirilməsindəki xidmətlərinə görə YUNESKO-nun Xoşməramlı Səfiri adına layiq görüldüyü qeyd olunur.

Məqalədə Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Azərbaycanda yeni xəstəxanalar, məktəblər, kolleclər inşa etdiyi, 2007-ci ildə isə pulsuz xidmət təklif edən Talassemiya Mərkəzinin istifadəyə verildiyi diqqətə çatdırılır. Həmçinin, Mehriban Əliyevanın Azərbaycanın klassik musiqisi olan muğamın mühafizə edilməsi istiqamətində ciddi addımlar atdığı və Beynəlxalq Muğam Mərkəzinin təsis edildiyi bildirilir.

Müəllif Mehriban Əliyevanın 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Milli Məclisinə üzv seçildiyini, 2006-cı ildə isə mədəniyyətlər arasında dialoqun inkişafına, İslam mədəni irsinin təbliği və xüsusi uşaqların problemlərinin həll edilməsi sahəsində verdiyi töhfələrə görə İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görüldüyü, ictimai xadim və qadın lider olaraq bir sıra ölkələrin fəxri adları, orden və medalları, mükafatlar və fəxri titulları ilə təltif edildiyini, bunların arasında Pakistanın Hilal-e-Pakistan Ordenin də olduğunu diqqətə çatdırır.

Müəllif qeyd edir ki, Azərbaycanla Pakistan arasındakı qardaşlıq münasibətlərinin təzahürü olaraq, Heydər Əliyev Fondu 2005-ci ildə Pakistanda baş verən dağıdıcı zəlzələdən dərhal sonra bu ölkədə xeyriyyəçilik fəaliyyətlərinə başlamış, Mehriban Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox dağılan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikilmişdir. Eyni zamanda birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın müxtəlif əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə layihələrin həyata keçirməsindən də bəhs olunur. Bundan başqa Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə cari ildə və ötən illər ərzində Ramazan ayında və Qurban bayramında uşaq evlərində kimsəsiz və xüsusi uşaqlar üçün həyata keçirilmiş iftar yeməkləri və digər xeyriyyə tədbirləri barədə məlumat verilir. Pakistanın rəhbərlərinin, o cümlədən hazırkı Prezident Dr.Arif Alvinin də öz növbəsində Heydər Əliyev Fondunun 2005-ci ildən etibarən humanitar əməkdaşlıq sahəsində verdiyi töhfələri və Fond tərəfindən Pakistanın müxtəlif sosial rifah institutları və xeyriyyə təşkilatlarına edilən yardımları daim vurğuladığı qeyd olunur. 1 iyun 2019-cu il tarixində Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə xüsusi uşaqlar üçün təşkil olunmuş tədbirdə Prezident Arif Alvinin Azərbaycanın Birinci xanımı tərəfindən göstərilən təşəbbüsləri yüksək qiymətləndirdiyi və Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi xeyriyyə layihələrinə onun verdiyi dəstəyin onəmimi qeyd etdiyi vurğulanır.

 

http://www.centreline.com.pk/first-vice-president-of-azerbaijan-mehriban-aliyeva-celebrates-her-birthday-today/

 http://www.dnanews.com.pk/first-vice-president-azerbaijan-mehriban-aliyeva-celebrates-birthday-today/

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !