Bakıda qayınanasını döyən kürəkən həbs edildi -

Bakıda qayınanasını döyən kürəkən həbs edildi

Xəzər rayonu Buzovna qəsəbəsində Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov qayınanasına bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.

Bu barədə BakıŞəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri hərəkətləri həyata keçirilib. İstintaqla Elnur Bayramovun G.Abdullayevaya sağlamlığına az ağır zərər vurmasına məsinə əsaslı şübhələr müəyyən edilib.

Xidmət rəisi əlavə edib ki, E.Bayramov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə istintaqa cəlb olunub: "İş üzrə E.Bayramova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !