Ana olmağa hazırlaşan qadınlara MÜRACİƏT - : Uşaqlarınızı ana südü ilə qidalandırın!

Ana olmağa hazırlaşan qadınlara MÜRACİƏT : Uşaqlarınızı ana südü ilə qidalandırın!

“Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcəkdir. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu, hətta istidə belə körpənin tələbatını qoruyur”.

AZpress.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və UNİCEF-in birgə açıqlamasında qeyd olunur.

Əgər hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi körpənin fiziki və psixi inkisafina, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir. Süni qidalandırılma ailənin həm mənəvi, həm də maddi təməlinə zərbə vurur:

“Körpənin ana südü ilə qidalandırılması nəticəsində ana və uşaq arasında həm də mehriban münasibət, xoş ünsiyyət yaranır, heç şübhəsiz ki, bu, körpənin sağlam inkişafında mühüm rol oynayır. Səhiyyəmizdə yüzlərlə savadlı, təcrübəli, fədakar, mənəviyyatı saf, vicdanı təmiz tibb işçiləri bu barədə anaları məlumatlandırır və körpələrini dünyaya gəldiyi ilk saatdan etibarən əmizdirməyi onlara tövsiyə edirlər. Təəssüflər olsun ki, bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !