Jurnalistlərin Həmkarlar İttifaqı araşdırmaçı jurnalistlər üçün Təhlükəsiz tədqiqat seminarı təşkil edib -

Jurnalistlərin Həmkarlar İttifaqı araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib

 Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı 19-20 avqust 2019-cu il tarixlərində Bakıda araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib.

Təlimlərdə 15 aparıcı milli kütləvi informasiya vasitələrindən 15 jurnalist iştirak edib.

JuHİ üzvü olan, beynəlxalq TOT təlimlərində iştirak etmiş iki yerli təmsilçi (Nəzirə Nurullayev, Elgün Mənsimov) iştirakçılara təhlükəsizlik məsələləri və tədqiqat hesabatı sahəsində ən yaxşı beynəlxalq təcrübələr barədə bilgi veriblər. Təlimlər zamanı praktik məşğələlər aparılıb.

“Təlimlərin əsas məqsədi jurnalistləri beynəlxalq səviyyəli təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə biliklərini artırmaqdır. Bu, Azərbaycan jurnalistləri üçün son dərəcə vacibdir. Seminar, jurnalistlərin fərqli mövzularda araşdırmalar apararkən və ya münaqişə zonasından reportaj hazırlayarkən daha etibarlı hərəkət etmələrinə kömək etmək üçün hazırlanmışdır” deyə Jurnalist Həmkarlar İttifaqının (JuHI) sədri. Müşfiq Ələsgərli bidirib.

Seminar Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) ilə birgə təşkil edilmişdir. Təlimlərə Norveç Jurnalistlər Birliyi də dəstək verib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !