Yeni tədris ilində Ağcabədidə iki məktəb binası istifadəyə veriləcək - +FOTO=3 (AZpress.AZ - M.İbrahimov)

Yeni tədris ilində Ağcabədidə iki məktəb binası istifadəyə veriləcək +FOTO=3 (AZpress.AZ - M.İbrahimov)

 Yeni tədris ilində Ağcabədi rayonunda 1096 şagird yerlik iki məktəb binası istifadəyə veriləcək.

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Salmanbəyli kənd tam orta məktəbi üçün inşa edilən 432 şagird yerlik binada tikinti işləri yekunlaşır. Məktəbdə biologiya, fizika, kimya laboratoriyaları, informatika kabinəsi, sinif otaqları, əmək təlimi, məktəbəhazırlıq, linqafon və xidməti otaqlar, kitabxana, yeməkxana, bufet, akt və idman zalları yaradılıb, istilik və müşahidə sistemi qurulub. Məktəbin həyətində transformator qoyulub, qazanxana, nasosxana, içməli və çirkab su anbarları inşa edilib.

Qaradolaq kənd 1 nömrəli tam orta məktəbi üçün inşa edilən bina isə 264 şagird yerlikdir. Bu binada da tikinti işləri başa çatır. İkimərtəbəli məktəbdə fizika, kimya laboratoriyaları, sinif otaqları, akt və idman zalları, informatika kabinəsi, tibb otağı, mətbəx, bufet yerləşir. Məktəb binası istilik sistemi ilə təchiz edilib, həyətində idman meydançası yaradılıb. Hazırda abadlıq işləri aparılır, yaşıllıqlar salınır.

Görüntülər Salmanbəyli kənd tam orta məktəbindəndir.

Fotomüxbir Mais Amin AZpress.AZ

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !