İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü - (+FOTO=6)

İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü (+FOTO=6)

 AZpress.AZ xəbər verir ki, bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Xırdalan şəhər sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Prezident Administrasiyasını məsulişçisi Habil Əzməmmədov, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak edib.

Abşeronda görülən işlərdən, rayondakı yeniliklərdən danışan İ.Gülməmmədova qeyd edib ki, Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Şəhərin inkişafı, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastrukturun tələbatı qarşılamadığını, yeni sistemlər qurulduqdan sonra yaşanan bəzi problemlərin tamamilə həll olunacağını vurğulayan başçı artıq nəzərdə tutulan işlərin böyük bir qisminin görüldüyünü söyləyib. O əlavə edib ki, Xırdalanda su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra şəhərin bütün avtomobil yollarının, prospekt və küçələrinin asvalt örtüyü yenilənəcək.

Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov və Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov hesabat xarakterli çıxış ediblər.

Daha sonra şəhər sakinləri onları maraqlandıran suallar ətrafında danışıblar. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, küçələrin abadlaşdırılması və digər məsələlər barədə olub.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !