Günay teatr-studiyası beynəlxalq incəsənət müsabiqəsində iştirak etmək üçün Latviya Respublikasına səfər edib - (+FOTO=7)

“Günay” teatr-studiyası beynəlxalq incəsənət müsabiqəsində iştirak etmək üçün Latviya Respublikasına səfər edib (+FOTO=7)

 AZpress.AZ xəbər verir ki, Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası “AMBERSTAR 2019” beynəlxalq incəsənət müsabiqəsində iştirak etmək üçün Latviya Respublikasına səfər edib. Müsabiqə müxtəlif ölkələrdən gənc istedadların iştirakı ilə 18-19 avqust tarixlərində Riqa-Stokholm-Riqa kruiz turu ilə səyahət edən gəmidə keçiriləcəkdir.

Müsabiqə ərəfəsində - 17 avqust tarixində “Günay” studiyasının gənc artistləri Riqa şəhərində tamaşa-konsert proqramı ilə çıxış ediblər. Azərbaycan Səfirliyinin dəstəyi və gənc diaspor fəallarının təşkilatçılığı ilə Latviya Universitetinin Akademik Kitabxanasında keçirilmiş tədbirə Azərbaycan icması və Latviya ictimaiyyətinin üzvləri tərəfindən dəvət olunublar.

Proqramı giriş sözü ilə açan əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Azərbaycanın zəngin teatr ənənələri və musiqi mədəniyyəti barədə tamaşaçılara məlumat vermiş, teatr sənətinin gənclərin estetik tərbiyəsinin formalaşmasındakı rolundan bəhs edib. Bu istiqamətdə Bakı Uşaq Teatrının “Günay” studiyasının fəaliyyətini yüksək qiymətləndirən xanım Z.Dadaşzadə, Azərbaycan teatr sənəti ənənələrinin təbliğində onlara uğurlar arzu edib.

Həmçinin çıxış edən “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Əliyev bugünkü tədbirin xalqımızın tarixi-mədəni irsinin təbliği baxımından əhəmiyyətini vurğulamış, “Günay” uşaq yaradıcılıq studiyasının gənc istedadlarına uğurlar arzu etmişdir.

Sonra çıxış edən “Günay” teatr-studiyasının rəhbəri xanım Larisa Tarusova studiyanın fəaliyyəti və gənc artistləri barədə təqdimat etmiş, bugünkü tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir.
Çıxışların ardınca “Günay” studiyasının gənc istedadları öz bacarıqlarını nümayiş etdirmişlər.

Konsert zamanı Azərbaycanın milli rəqs və musiqi nümunələri ifa edilmiş, şerlər səsləndirilib. Xüsusilə Kitabi-Dədə Qorqud eposu motivləri əsasında səhnələşdirilmiş “Üç Tonqal” tamaşası və Arşın mal-alan operettasından qızların yaylıqla rəqsi tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.

Proqramın yekununda çıxış edən tədbirin əsas təşkilatçısı, Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvü Elnur Rəhimov “Günay” studiyasının gənc istedadlarına öz təşəkkürünü bildirmiş, xalqımızın tarixi, milli və mənəvi dəyərlərinin təbliğində bütün soydaşlarımıza uğurlar arzu ediblər.

Konsert proqramından sonra qonaqlara Azərbaycan milli mətbəxi nümunələrindən ibarət ziyafət verilib.

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !