Pakistangəncləri arasında keçirilən Mən Azərbaycan haqqında nə bilirəm? esse müsabiqəsinin qalibləri Azərbaycanın Pakistandakı Səfirliyində olmuşlar -

Pakistangəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsinin qalibləri Azərbaycanın Pakistandakı Səfirliyində olmuşlar

 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Pakistan gəncləri arasında artıq 3-cü ildir ki ardıcıl olaraqkeçirilən builki müasabiqə 600-dən artıq pakistanlı gənc iştirak emiş və esse yazılarını təqdim etmişlər. Esse yazıları əsasən “Qarabağ münaqişəsinin reallıqları”, “Azərbaycan Diplomatiyasının 100 illiyi”, “Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri”, “Azərbaycanın görkəmli şairi İmaməddin Nəsimi və onun poemaları”, “Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti”, “Azərbaycanın əhalisi, dili və adət-ənənələri”, “Azərbaycanın beynəlxalq siyasətdəki rolu”, “Azərbaycanlıların soyqırımı”, “Azərbaycan və Pakistan: tarixi əlaqələr və perspektivlər”, “Azərbaycan qədim mənbələrdə”, “Azərbaycanın iqtisadi inkişafı” və bu kimi digər mövzuları əhatə etmiş və onların arasından 6 nəfər qalib olaraq seçilmişdir.
Azərbaycanın Pakistandakı Səfirliyində keçirilən görüşdə qalibləri təbrik edən səfir Əli Əlizadə onlara müsabiqə qaliblərinin şəffaf seçim prosesi haqqında məlumat vermiş, Azərbaycana göstərdiyi maraqlarına görə onlara təşəkkür etmişdir. Səfir onların yazdıqları esse yazılarının önəmli mövzuları əhatə etdiyini vurğulamış və qaliblərin avqust ayının sonunda Azərbaycana 1 həftəlik səfər etmək fürsəti qazandıqlarını, bu səfər ərzində onların Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri, Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olacaqlarını bildirmişdir.
Azərbaycanın Pakistana verdiyi önəmi, ölkəmizin siyasi və tarixi reallıqları, sosial-iqtisadi inkişafı, hər iki ölkə liderlərinin səyləri ilə möhkəm təməllər üzərində bərqərar edilən Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətləri, təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında qısa məlumat verən səfir onların Azərbaycandan xoş təəsüratla qayıdacaqlarına inamını ifadə etmişdir.
Müsabiqənin qalibləri yaradılan şəraitə və təşkilatçılığa görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirərək Azərbaycan haqqında fikir və təsəvvürlərini bölüşmüş, çox eşitdikləri və görmək istədikləri Azərbaycana səfər etməyin həyəcanını yaşadıqlarını qeyd etmişlər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !