Xətai rayonunda velosiped oğrusu yaxalanıb -

Xətai rayonunda velosiped oğrusu yaxalanıb

 Xətai rayonunda velosipedlər oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZpress.AZ-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-dan avqustun 19-dək olan müddətdə rayon ərazisində Bakı şəhər sakini olan beş nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş F.Bizyarkin yaxalanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisindəki evlərin birindən 400 manat, 3 qol saatı, 250 manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən - əvvəllər məhkum olunmuşlar Quba rayon sakini R.Quliyev və Beyləqan rayon sakini B.Nərimanov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !