Göygöl rayonunun Gəncə kəndi yaxınlığında yanğın baş verib -

Göygöl rayonunun Gəncə kəndi yaxınlığında yanğın baş verib

 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göygöl rayonunun Gəncə kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində 0,5 hektar sahədə quru ot, kol-kos və bir neçə ağac yanıb.

Alov söndürülüb və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !