Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 beynəlxalq sertifikatını alıb -

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 beynəlxalq sertifikatını alıb

AZpress.AZ-a daxil olan məlumata görə, Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında beynəlxalq audit başa çatmışdır və onun ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olduğu təsdiq edilmişdir.

Laboratoriyanın sertifikatlaşdırılması üçün hazırlıq prosesinə cari ilin mart ayında start verilmişdi. Hazırlıq işlərinin aparılması üçün beynəlxalq sertifikasiya üzrə aparıcı şirkət olan “Sublime Management Services LLC” dəvət olunmuşdu.

Akkreditasiyanın əsas məqsədi laboratoriyada pasiyentlərə göstərilən tibbi xidmət zamanı keyfiyyətin beynəlxalq standartlara uyğun tətbiqini, tələb olunan şəraitin olmasını və müvafiq normativlərdən istifadə edilməsini təsdiq etməkdir.

Laboratoriyanın İSO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verəcək.

Beləliklə, Mərkəzi Gömrük Hospitalının kliniki-diaqnostik laboratoriyasının akkreditasiyası onun səlahiyyətliliyini və keyfiyyətli tibbi xidmət təqdim etmək imkanlarını təsdiq edir. Bu zaman keyfiyyətli işin təşkili və daim yaxşılaşmağa yönəldilmiş idarəetmə sisteminin fəaliyyəti də tam təmin edilir. Bu məqsədlə daxili auditlər, işdə uyğunsuzluqların aşkarlanması və onlara nəzarət, xəbərdaredici tədbirlərin aparılması nəzərdə tutulub.

Mərkəzi Gömrük Hospitalının laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün 24 saat rejimində bütün zəruri resurslara malikdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !