Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub -

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub

 Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev İsrailin Holon Texnologiya İnstitutunda (HİT) olublar.

İsrailin İnnovativ Texnologiyalar Qrupu MMC-nin (İTG) prezidenti Michael Frenkelin də iştirak etdiyi görüşdə Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov rəhbərlik etdiyi İnstitut və orada aparılan tədris, elmi tədqiqat işləri haqqında məlumat verib. E.Yakubov səfərin BDU ilə HİT arasında əməkdaşlığa yeni başlanğıc olacağını qeyd edərək əlaqələrin gələcəkdə bir çox sahələrdə inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Bakı Dövlət Universiteti haqqında məlumat verən rektor Elçin Babayev tələbələrin maraqlarından danışıb və Holon Texnologiya İnstitutu ilə əməkdaşlığın bu maraqların reallaşdırılacağına ümid etdiyini bildirib.
HİT-in Tədqiqat, İnnovasiya və Beynəlxalq Müəssisələr Təşkilatının rəhbəri Dr. Refael Barkan gələcəkdə bu institutun İnnovasiya və Sahibkarlıq Mərkəzində gərçəkləşdiriləcək yeni HandZone Sürətləndirmə proqramı daxil olmaqla innovativ yanaşması haqqında məlumat verib.
Tərəflər BDU, HİT və İTG arasında birgə elmi konfranslar, ikitərəfli və çoxtərəfli qrant layihələrində iştirak, tələbə-müəllim mübadilə proqramları, İnnovativ Tədqiqat və Sahibkarlıq üzrə birgə tədris və akademik proqramların hazırlanması kimi əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

Nümayəndə heyəti HİT-in "Vitrin Qalereyası" və Dizayn fakültəsi məzunlarının sərgisində iştirak edib, HİT-in əsas tədqiqat və tədris laboratoriyalarında olublar.

 

Səfərin nəticəsi olaraq tərəflər əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün lazımi sənədləşmə işlərinin aparılması və müzakirələrin davam etdirilməsi haqqında razılıq əldə ediblər.

Görüş HİT, İTG və BDU arasında əməkdaşlıq haqqında Protokolun imzalanması ilə başa çatıb.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !