Bələdiyyə seçkilərində qadınların fəal iştirakının təmin edilməsi üçün seminarlara başlanıldı -

Bələdiyyə seçkilərində qadınların fəal iştirakının təmin edilməsi üçün seminarlara başlanıldı

 “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə seçkilərində qadınların fəal iştirakının təmin edilməsi üçün seminarların keçirilməsi” adlı layihəsinə start verildi.
Təşkilatın sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihənin əsas məqsədi Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə bağlı qadınların passiv seçki hüququ barədə maarifləndirmək, onların seçki prosesində rollarını gücləndirmək üçün seminarların keçirilməsindən ibarətdir.
Layihə 3 ay müddətində - avqust, sentyabr, oktyabr aylarında Xaçmaz rayonunda həyata keçiriləcəkdir.
Seminar üçün qruplar təşkil olunan zaman aşağıdakı meyarlara daha çox üstünlük veriləcək:
-təhsil
-ictimai fəallıq
-təşkilatçılıq qabiliyyəti
-bələdiyyə üzvü olmaması.
Qruplar təşkil edildikdən sonra ümümilikdə 8 seminar keçiriləcək. 20 nəfər iştirakçıdan ibarət olacaq seminarlara ümumilikdə 160 qadın qatılacaq.
Layihədən bəhrələnənlər maarifçiliklə məşğul olmaq təcrübəsi qazanaraq, icma qrupları yaradıb, işlərini davam etdirmək imkanına malik olacaqlar. Beləliklə, onlar hətta öz aralarında şəbəkə quraraq, geniş bir kompaniyanın iştirakçısı olacaqlar.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !