Pakistan Prezidenti: - Müsəlmanlar müharibə istəmir

Pakistan Prezidenti: Müsəlmanlar müharibə istəmir

 Müsəlmanlar müharibə istəmir, lakin bizi buna məcbur edərlərsə, geri addım atmarıq. AZƏRTAC DawnNews saytına istinadla xəbər verir ki, bu fikri Pakistan Prezidenti Arif Alvi ölkənin müstəqilliyinin 73-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdəki çıxışında səsləndirib.

Pakistan Prezidenti qeyd edib ki, onun ölkəsi özünü müdafiə etməyə qadirdir və Cammu və Kəşmir bölgəsində Hindistanın atdığı addımlar nəticəsində baş verə biləcək bütün hadisələrə, o cümlədən müharibəyə hazırdır. O, bu bölgənin xalqının öz müqəddəratını təyin etmək hüququnun olduğunu söyləyib. Əlavə edib ki, müharibə təkcə iki ölkəni yox, bütün dünyanı əhatə edə bilər. "Biz kəşmirlilərlə eyni xalqıq və onların əzab-əziyyətləri də bizi narahat edir. Pakistan işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinə də heç vaxt imkan verməyəcək”, -deyə Prezident vurğulayıb.

Pakistan mətbuatı yazır ki, Müstəqillik Günü bu il məhz Cammu və Kəşmir xalqı ilə həmrəyliyə həsr olunub. İslamabadda və başqa şəhərlərdə ilk dəfə inzibati binaların üzərində Pakistan bayrağı ilə yanaşı Cammu və Kəşmir bayrağı da dalğalanıb.

Prezidenti Arif Alvi ölkə vətəndaşlarını Kəşmirlə bağlı video və fotomaterialları sosial şəbəkələrdə yerləşdirməyə çağırıb və bu bölgənin xalqını heç bir vaxt tək qoymayacaqlarını bəyan edib. Müstəqillik Günü münasibətilə Pakistanın əyalət mərkəzləri olan Kəraçi, Lahor, Peşəvar və Quetta ilə yanaşı, Kəşmirin bu ölkənin nəzarəti altında olan hissəsində və Gilgit-Baltistan regionunda da yaylım atəşləri açılıb. Əllərində Pakistan və Kəşmir bayraqları tutmuş minlərlə insan küçələrə çıxıb.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !