İndoneziyanın paytaxtı köçürüləcək -

İndoneziyanın paytaxtı köçürüləcək

 İndoneziya Prezidenti Coko Vidodo ölkə paytaxtını Cakartadan Borneo adasına köçürməyi təklif etmişdir. O, müvafiq bəyanatla parlamentdə çıxış etmişdir.

Vidodo ümidvar olduğunu bildirmişdir ki, xalq paytaxtı köçürmək təşəbbüsünü dəstəkləyəcək. Onun dediyinə görə, yeni paytaxt təkcə milli özünüməxsusluq yox, həm də tərəqqi və inkişaf rəmzi olacaq.

Prezident hesab edir ki, bu addım iqtisadi bərabərlik və ədalət naminə atılmalıdır, çünki Cakarta əhali sıxlığından əziyyət çəkir.

Daşqınlar nəticəsində evlərin uçması, əhali sıxlığı və yol hərəkətinin intensivliyi hər il Cakartaya 6,5 milyard dollarlıq ziyan vurur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !