Göygöl Milli Parkında quraşdırılmış videotələ vasitəsilə ərazi üçün nadir canlılar qeydə alınıb -

Göygöl Milli Parkında quraşdırılmış videotələ vasitəsilə ərazi üçün nadir canlılar qeydə alınıb

 Göygöl Milli Parkı ilin hər fəslində yalnız yerli və xarici turistlərin səyahət etdiyi füsunkar gözəlliklər diyarı deyil, həm də Cənubi Qafqazın nadir fauna və flora növlərinin qorunduğu açıq səma altında canlı təbiət muzeyidir.

Göygöl Milli Parkının Elmi işlər, ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavini Fuad Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ərazidə ilk dəfə quraşdırılmış videotələ vasitəsilə burada qonur ayı, tülkü, porsuq və zığ-zığ quşunun görüntüləri qeydə alınıb.

Fuad Quliyev qeyd edib ki, fauna növlərinin zənginliyi ilə seçilən Göygöl Milli Parkında məskən salmış canlıları müşahidə etmək və elmi tədqiat işlərinin effektivliyini artırmaq məqsədilə 20 gün əvvəl əməkdaşlar tərəfindən ərazidə videotələ quraşdırılıb. Az vaxt keçməsinə baxmayaraq, adi günlərdə müşahidə edilməsi mümkün olmayan məməli heyvanlar və quşlar artıq kamera tərəfindən görüntülənib.

Direktor müavini bu cür videotələlər vasitəsilə milli parkda canılıların inkişafının müşahidə edilməsinin elmi tədqiqat işləri aparılmasına töhfə olacağını, həmçinin gələcəkdə videotələlərin sayının artırılacağını deyib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !