Tarixçi-alim və tanınmış jurnalist Qafar Cəfər oğlu Cəbiyevin doğum günüdür -

Tarixçi-alim və tanınmış jurnalist Qafar Cəfər oğlu Cəbiyevin doğum günüdür

 17 avqust – görkəmli tarixçi-alim və tanınmış jurnalist Qafar Cəfər oğlu Cəbiyevin doğum günüdür. O,1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya göz açıb. 1973-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən Qafar Cəbiyev İsmayıllı rayonunda çıxan yerli “Zəhmətkeş” qəzetində və rayon partiya komitəsində işləyə-işləyə həm də qiyabi aspirantura təhsili alıb. O, 1985-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Qədim Azərbaycan dövləti olan Albaniya tarixinə dair sanballı tədqiqatları var. Onun Girdiman tarixi və qədim Girdiman vilayətinin lokalizəsi ilə bağlı tədqiqatları Azərbaycan tarixşünaslığında çox ciddi elmi yenilik kimi qəbul olunmuşdur. O, həmçinin Azərbaycanda orta əsr şəhər mədəniyyətinin arxeoloji cəhətdən tədqiqi üzrə tanınmış mütəxəssis hesab olunur. Onun rəhbərliyi ilə Qəbələ, Ağsu, İsmayıllı, Kürdəmir və Göyçay rayonları ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində neçə-neçə yeni abidə aşkar edilərək əsaslı şəkildə tədqiq olunmuşdur. O, “Arxeologiya və romantika”, “Girdiman tarixi”, “Girdimanın tarixi və tarixi coğrafiyası”, “Bura vətəndir”, “Can Azərbaycan”, “Yazılan qalacaq”, “Muradxan dəfinəsi”, “Orta əsr Ağsu şəhəri” əsərləri, “Azərbaycan tarixi” və “Azərbaycan arxeologiyasının əsasları” adlı dərslik və dərs vəsaitlərinin müəllifidir.
O, uzun müddət “Azərbaycan” qəzetinin bölgə müxbiri işləmiş, 2003-2019-cu illərdə isə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü və sədr müavini olmuşdur.
Azərbaycan Respublikasının əməkdar jurnalisti, “Qızıl qələm”, “Humay” və “Türk dünyasının elm adamı” mükafatları laureatı olan Qafar müəllimin davamlı olaraq mətbuatda gedən tarixi və vətənpərvərlik mövzusundakı çoxsaylı elmi və publisistik yazıları tanınmış alim-yurnalist olaraq onun yaradıcılıq diapazonunun hüdudlarının nə dərəcədə geniş olduğundan xəbər verir. O, həmçinin tarixi və vətənpərvərlik mövzusunda çəkilmiş bir sıra sənədli filimlərin və televiziya verilişlərinin ideya müəllifi və baş məsləhətçisi olmuşdur. Qafar Cəbiyev müxtəlif illərdə Rusiya, Ukrayna, Türkiyə, ABŞ, Çin, İtalya, İspanya, Böyük Britanya, Makidoniya, Bosniya və Hersoqovina və digər ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlardakı məruzə və çıxışları ilə Azərbaycan elmini və jurnalistikasını layiqincə təmsil etmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komssiyasında tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədr müavini, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi və bir sıra arxeoloji ekspedisiyaların rəhbəri olan professor Qafar Cəbiyev bu gün eyni zamanda səmərəli pedaqoji fəaliyyətini və qəlbən çox bağlı olduğu jurnalistika fəaliyyətini də uğurla davam etdirməkdədir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !