Dünyanın ən varlı adamları bir gündə 18 milyard dollar itirdilər -

Dünyanın ən varlı adamları bir gündə 18 milyard dollar itirdilər

 Dünyanın ən zəngin adamları cəmi bir gün ərzində təxminən 18 milyard dollar itirmişlər. "Forbes” jurnalı xəbər verir ki, ABŞ-ın üç əsas fond indeksi (Dow Jones, Nastaq və S&P) avqustun 14-də 3 faiz aşağı düşmüşdür. Jurnalın məlumatına görə, bu səbəbdən dünyanın 10 ən varlı adamının sərvəti təqribən 18 milyard dollar azalmışdır.

Hamıdan çox 3,5 milyard dollar itirən "Amazon”un başçısı Ceff Bezos "kasıblaşmıdşır”. "Facebook”un təsisçisi Mark Sukerberq 3,2 milyard dollardan məhrum olmuş, LVMH şirkətinin baş direktoru Bernard Arno 3 milyard dollar itirmişdir.

Zərərçəkən varlılar siyahısında həmçinin Bill Qeyts, Uorren Baffet, Amansio Orteqa, Larri Ellison, Larri Peyc və Karlos Slim Xelu yer almışlar. 10-top milyarderlərindən yalnız Nyu Yorkun sabiq meri Maykl Blumberq bir sent belə itirməmişdir.
azerbaijan-news.az

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !