Tarantinonun qəhrəmanları Park Cinema Metropark da canlandı lar - (+FOTO=263)

Tarantinonun qəhrəmanları “Park Cinema Metropark”da “canlandı”lar (+FOTO=263)

 AZpress.AZ xəbər verir ki, Kult rejissor Kventin Tarantinonun doqquzuncu filminin xüsusi nümayişi ümə günü “Park Cinema Metropark”da keçirildi.

Nümayişin təşkilatçıları tərəfindən yaradılmış möhtəşəm mühit, Tarantinonun beş filminin qəhrəmanlarının canlandırılması heç bir qonağı, eyni zamanda Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, prodüser və şoumen Murad Dadaşov, bloqqer Taleh Yüzbəyov, aparıcılar Hüsniyyə Məhərrəmova, Könül Arifqızı, prodüser Zəhra Bədəlbəyli, aktrisa Dəniz Tacəddin, idman şərhçiləri Şəmsəddin Abbasov və Rüstəm Əfsərli, rejissor Teymur Hacıyev kimi “ulduzları” da laqeyd qoymadı.

Park Cinema Şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev deyib ki, bu nümayişin keçirilməsi üzrə onlar tərəfindən dəqiq və son dərəcə incə iş aparılıb: “Biz məşqlər keçirirdik və aktyorlardna hər birinin çıxışı barədə düşünürdük, filmlərdən hər biri üçün stend hazırlayırdıq”. Ümid edirik ki, Kventin Tarantinonun pərəstişkarları onun yeni əsərini qiymətləndirəcəklər”.

Qeyd edək ki, “Bir dəfə Hollivud”da filminə IMAX formatında yalnız “Park Cinema” baxmaq mümkündür.
Həmçinin Rüstəm Fətəliyevin sözlərinə görə yaxın vaxtlarda “Park Cinema Park Bulvar” kinoteatrında səkkizinci zalın açılışı gözlənilir. “Bu, uşaqlar üçün nəzərdə tutulmuş zal olacaq. Zalın açılışı dəqiq tarixi barədə yaxın vaxtlarda məlumat verəcəyik” – Rüstəm Fətəliyev belə deyib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !