Bank BTB mükafata layiq görülüb. -

Bank BTB mükafata layiq görülüb.

AZpress.AZ xəbər verir ki, Bank BTB İqtisadiyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən mükafata layiq görülüb.
SİF-in rəsmisi Bank BTB-yə il boyu əməkdaşlıq etdiyi üçün mükafat təqdim edib. Bildirib ki, mükafat Bank BTB ilə SİF arasında mövcüd olan dayanıqlı tərəfdaşlıq və məhsuldar əməkdaşlığın nəticəsidir.
Bankdan bildirilib ki, SİF ilə Bank BTB uzun illər ərzində məhsuldar əməkdaşlıq edib. Bu əməkdaşlıq nəticəsində sahibkarlıq subyektlərinə maliyyə xidmətləri göstərilib, onlar ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına öz töhfəsini verir.
Bank BTB-nin İdarə Heyəti Sədrinin Müavini Rüfət Abbasov bildirib ki, SİF Bank BTB-nın ən etibarlı tərəfdaşlarından biridir: “SİF-nun və Bank BTB-nin əsəs məqsədi ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqdır. Əməkdaşlığımızın davamlı və məhsuldar olması üçün bütün zəruri imkanlarımızı səfərbər etməyə hazırıq".
Qeyd edək ki, Bank BTB istehsal, kənd təssərüfatının inkişafı, yeni müəsissələrin yaranması məqsədi ilə cari ildə 2 milyon manatdan artıq güzəştli kredit vəsaiti təqdim edib. Xüsüsən qeyd edək ki, güzəşli kreditlərin 15% -i “Diqlas” Ticarət Mərkəzində zərər çəkmiş sahibkarlara təqdim olunub.
Bank “BTB” ASC haqqında ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !