Tahir Əkbərin qəbirindən güllər oğurlanır -

Tahir Əkbərin qəbirindən güllər oğurlanır

 Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərin qəbri üstündən güllər oğurlanır.

AZpress.AZ “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu haqda mərhum bəstəkarın qızı Bəhiyyə Əkbərzadə məlumat verib:

“Mən hərdən fikirləşirəm, dünyanın heç bir yerində, hətta ən səviyyəsiz millət belə qəbir üstündən gül oğurlamaz…

Dünən atamın qəbri üstünə düzdüyüm güllərin 10 dəqiqədən sonra geri dönəndə oğurlandığını gördüm. Bu mənim üçün bir dəhşətdir. İnsan öz xalqına, millətinə qarşı bu oğurluğu necə edər? Dəhşət. Bu dünyada kimə inanasan?!”

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !