Dənizdə batan 4 uşaqdan son məlumat -

Dənizdə batan 4 uşaqdan son məlumat

Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonu Nardaran qəsəbəsində dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının batması barədə məlumat daxil olub. 

AZpress.AZ FHN-in saytına istinadla xəbər verir ki, M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, sözügedən hadisə zamanı əmiuşağı olan iki bacı və bacı-qardaş dənizdə batıb. Uşaqlardan üçünün meyiti həmin gün tapılsa da, Cəfərzadə Zeynəbin meyitini tapmaq mümkün olmamışdı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !