Mövlud Çavuşoğlu: - "Fərat çayının şərqini terrorçulardan təmizləməkdə qərarlıyıq"

Mövlud Çavuşoğlu: "Fərat çayının şərqini terrorçulardan təmizləməkdə qərarlıyıq"

Türkiyənin təhlükəsizlik qüvvələri Suriya ərazisində və İraqın Şimalında antiterror əməliyyatlarını davam etdirəcək.

Bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mövzu ilə bağlı açıqlamasında ifadə edib. Nazir bildirib ki, ABŞ tərəfi Suriyanın Münbiç bölgəsində Türkiyə ilə birlikdə antiterror əməliyyatının keçirilməsinə dair öhdəliyini yerinə yetirməyib.

Türkiyə bu məsələ ilə bağlı iradını ABŞ rəsmilərinə çatdırıb. Eyni zamanda, Türkiyə hökuməti Fərat çayının şərqini YPG-PKK terrorçularından azad etməkdə qərarlı olduğunu ifadə edib. Bu proses nəyin bahasına olursa-olsun həyata keçiriləcək.(AzərTac) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !