KOICA ərzaq məhsullarının tədarükü və təchizatı sisteminin təkmilləşdirilməsində Azərbaycanı dəstəkləyir - (+FOTO=4)

KOICA ərzaq məhsullarının tədarükü və təchizatı sisteminin təkmilləşdirilməsində Azərbaycanı dəstəkləyir (+FOTO=4)

AZpress.AZ xəbər verir ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Qrant Yardımı çərçivəsində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin 30 dövlət rəsmisi 2019-cu ildən başlayaraq 2021-ci ilədək Koreyada “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Sisteminin Təkmilləşdirilməsi” mövzusunda 3 illik Ölkə üzrə Spesifik Təlim Proqramında iştirak edəcəkdir.

Hankyong Dövlət Universiteti tərəfindən icra ediləcək Təlim Proqramının məqsədi beynəlxalq standartlara cavab verən ərzaq məhsullarının tədarükü və təchizatı sistemi üzrə milli potensialın gücləndirilməsi, Koreyada ərzaq məhsullarının tədarükü və təchizatı sistemihaqqında geniş məlumatların verilməsi və iştirakçılara kənd təsərrüfatı məhsulları və heyvandarlıq təsərrüfatlarının proseslərində və paylanmasında İKT-nin tətbiqi sahəsində biliklərin artırılmasından ibarətdir. Təlim Proqramı həmçinin Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün dayanıqlı ərzaq və kənd təsərrüfatına edilən töhfənin sürətləndirilməsinə fokuslanacaqdır.

Hər il Cəmiyyətin müvafiq şöbəsinin 10 rəsmisi Koreyaya 2 həftəlik səfər edəcəkdir. Koreya Respublikasının Təhlükənin Təhlili və Kritik Məntəqələrin (HACCP) Akkreditasiyası və Xidməti Agentliyi, Eko-Dost Kənd Təsərrüfatı Paylanma Mərkəzi, Kənd Təsərrüfatı və Heyvandarlıq Məhsullarının Emal Fabriki kimi aidiyyatı qurumlara ekskursiyalar etməklə və mühazirələ dinləməklə Koreyada tədarük və təchizat sistemi ilə yaxından tanış olmaq mümkün olacaqdır.

KOICA Azərbaycan Ofisində 8 avqust 2019-cu ildə cari ilin 19-31 Avqust tarixlərində Təlimdə iştirak edəcək namizədlər üçün Təqdimat Görüşü keçirilmişdir. Təlimin effektivliyinin artırılması, gələcəkdə tətbiqinin və yayılmasının səmərəli şəkildə həyata keçirilməsinə dəstək olmaq məqsədilə Çəmiyyətin İdarə Heyətinin Sədri xanım Leyla Məmmədova və İdarə Heyətini Üzvü cənab Sərxan Sərxanov da bu ilki Təlimdə bir-başa iştirak edəcəkdir.

Tədbirdə iştirak edən KOICA Azərbaycan Nümayəndəliyinin Ölkə üzrə Direktoru xanım Park Kumok iştirakçıları salamladı və sözügedən Təlim Proqramının onlar üçün produktiv və informativ olacağını ümid etdiyini bildirdi. O, təlim iştirakçılarının yeni biliklər qazanacağını və gələcəkdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsində töhfə verəcəklərinə əmin olduğunu bildirdi. Çəmiyyətin İdarə Heyətinin Sədri xanım Leyla Məmmədova isə öz növbəsində uzunmüddətli dəstək və Azərbaycanda kənd təsərrüfatı üzrə insan resurslarının inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsində aparılan səylərinə görə Koreya hökumətinə xüsusən də KOICA-ya öz minnətdarlığını bildirdi.

Bundan başqa, KOICA kənd təsərrüfatı sahəsindəQida Təhlükəsizliyi Agentliyinin 25 dövlət rəsmisi üçün 2018-2019-cu illərdə “Azərbaycanda baytarlıq preparatlarının və qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda da Ölkə üzrə Spesifik Təlim Proqramı təşkil etmişdir ki, Agentliyin heyəti təlimin çox səmərəli keçdiyini vurğulamışdır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !