Ərdoğan Zelenski ilə görüşdü: - Türkiyə Krımı tanımayacaq (+VİDEO)

Ərdoğan Zelenski ilə görüşdü: Türkiyə Krımı tanımayacaq (+VİDEO)

 Dünən Ankaraya rəsmi səfər edən Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və birgə mətbuat konfransı keçiriblər.

AZpress.AZ  xarici KİV-ə istinadla xəbər verir ki, Ərdoğan Zelenskini rəsmi qarşılanma mərasimi ilə qəbul edərkən Ukrayna heyətində Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu da yer alıb.

Daha sonra keçirilən mətbuat konfransı zamanı Ərdoğan Türkiyənin heç vaxt Ukraynadan zorla qoparılmış Krımı rəsmi olaraq tanımayacağını bildirib:

"Soydaşlarımızın tarixi vətənləri olan Krımdakı mövcudluğunun davamı, milli kimliklərinin və mədəniyyətlərinin qorunması, azadlıqlarının tam bərpa edilməsi bizim üçün vacib olaraq qalacaqdır".
Zelenski isə çıxışı zamanı bildirib ki, Krım Ukrayna deməkdir:

"Mən sizə söz verirəm ki, Ukrayna heç vaxt vətənindən didərgin düşən Krım tatarlarını yarı yolda qoymayacaq. Krım məsələsi ilə bağlı Rusiya ilə ortaq məxrəcə gələcəyimizə əminəm".

Krım Türklərinin Mədəniyyət və Yardımlaşma Dərnəyinin Ankaradakı inzibati binasının açılışında da iştirak edən Ukrayna prezidenti "Yaşasın Krım" ifadələrini işlədib. O həmçinin, Ukraynanı öz vətəndaşlarının geri qayıtmaq istəyəcəyi bir diyara çevirəcəklərini bildirib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !