Ağcabədidə rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir. - +FOTO=13 (AZpress.AZ - M.İbrahimov)

Ağcabədidə rayon İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir. +FOTO=13 (AZpress.AZ - M.İbrahimov)


AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 7 avqust 2019-cu il tarixdə saat 11:00-da Ağcabədi Rayon İcra Hakimiyyətində Ağcabədi rayonunda 2019-cu ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda rayon İcra Hakimiyyəti Başçısı yanında Şura üzvləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, YAP rayon təşkilatı ərazi ilk təşkilatlarının sədrləri, sahibkarlar və fermerlər iştirak etmişlər.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan daha da qüdrətlənmiş, siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş həmrəyliyinə, iqtisadi inkişafın sürətlənməsinə nail olunmuşdur.Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişafın ölkənin hər bir bölgəsində olduğu kimi, Ağcabədi rayonunda da uğurla davam etdiyini bildirən Ş.Məmmədov qeyd etmişdir ki, bu ilin birinci yarısında Ağcabədi rayonunda həyata keçirilmiş genişmiqyaslı işlər, qazanılan uğur və nailiyyətlər genişlənməkdədir. Rayonda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri davam etdirilir. Şəhərin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, Nəriman Nərimanov, Hüsü Hacıyev, Səməd Vurğun və Xəlfərəddin küçələrində abadlıq işləri davam etdirilir.
Hesabat dövründə Üzeyir Hacıbəyli prospekti 355 və Vaqif küçəsi 7 və 9 saylı yaşayış binalarında təmir işləri aparılmışdır.
Ağcabədi şəhər 2 saylı 100 yerlik Körpələr evi-uşaq bağçasının, şəhərin Səməd Vurğun küçəsində Avtovağzal kompleksinin, Ağcabədi şəhəri Üzeyir Hacıbəyli prospektində “ASAN” xidmət mərkəzinin, 432 şagird yerlik Salmanbəyli kənd və 264 şagird yerlik Qaradolaq kənd 1 saylı tam orta məktəbləri üçün yeni binanın , Hüsülü kənd ərazisində Dənli Bitki toxumlarının emalı zavodunun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 18 km olan Boyat-Biləğan-Hacılar-Qaraxanlı kəndlərarası avtomobil yolunun tikintisi aparılır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !