Prezident İlham Əliyev YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışında iştirak edib - ( +FOTO=3 )

Prezident İlham Əliyev YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışında iştirak edib ( +FOTO=3 )


Avqustun 7-də YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı üçün ikimərtəbəli müasir bina inşa olunub. Burada partiya təmsilçilərinin səmərəli fəaliyyəti üçün hərtərəfli imkanlar yaradılıb.

Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rol oynayır. Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu uğurların qazanılmasında yaxından iştirak etməklə xalqın partiyası olduğunu aydın nümayiş etdirir. Bu da ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin real həyatda təsdiqini tapdığını bir daha göstərir.

Partiyanın uğurlu fəaliyyətində onun rayon təşkilatlarının da rolu böyükdür. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bütün bölgələrdə inşa olunan inzibati binalar müasirliyi ilə seçilir, həmçinin şəhər və rayonların gözəlliyinə əlavə rəng qatır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !