Qurban bayramı namazının vaxtı açıqlandı -

Qurban bayramı namazının vaxtı açıqlandı

 Avqustun 12-də Azərbaycandakı bütün məscidlərdə Qurban bayramı namazı qılınacaq.

AZpress.AZ xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bayram namazı avqustun 12-də saat 08:00-da Bakıdakı Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin də iştirak edəcəyi gözlənilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !