Tətili necə keçirirəm - (+FOTO=3)

“Tətili necə keçirirəm” (+FOTO=3)

 AZpress.AZ xəbər verir ki, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Pərvanə Qarayeva kitabxananın daimi oxucuları ilə birlikdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) radiosunun “Məktəblilər” verilişində iştirak etdilər. Aparıcı İlahə Aslanın “Tətili necə keçirirəm” mövzusunda verdiyi suallarıoxucular Səma Əliyeva və Bəhlul Qarayev cavablandırdı.Pərvanə Qarayeva oxucuların kitabxanaya cəlb edilməsi üçün görülən tədbirlərdən söhbət açdı. Səma Əliyeva və Bəhlul Qarayevtətili, əyləncə saatlarınınecə keçirdiklərindən danışdılar. Onlar bildirdilər ki, tətil müddətində mütaliədən ayrılmırlar. S.Əliyeva yaxın günlərdə Şəkidən qayıtdığını, orda tarixi yerləri ziyarət etdiyini bildirdi. O, səyahətə gedərkən kitablarını özü ilə götürüb yeni mövzularda hekayələr oxuduğunu da vurğuladı. Rəsm çəkdiyini, plastilindən müxtəlif əşyalar düzəltdiyini söyləyən Bəhlul QarayevOskar Uayldın nağıllarını danışdı. Həmin nağılların xeyirxah əməllər təbliğ etdiyindən diqqətini çəkdiyini bildirdi. Sonda oxucular kitabxanaçı ilə birgə tanınmış şairlərin şeirlərini səsləndirdilər. Onların ifası lentə alındı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !