Fazil Mustafa bu kitabı oxuduğuna peşman olmadı -

Fazil Mustafa bu kitabı oxuduğuna peşman olmadı

Mleçinin Moskvada nəşr olunmuş bu iri həcmli kitabı çox vaxtımı aparsa da oxumaqdan peşiman olmadım. Hətta deyərdim ki, gözlədiyimdən daha çox faydalandım. SSRİ kimi nəhəng bolşevik imperiyasının, eləcə də mövcud Rusiyanın xarici siyasətinin konturlarını anlamaq və hakimiyyətdaxili intriqaların səbəblərini öyrənmək baxımından olduqca faydalı və sistemli təsəvvür formalaşdıran bir kitabdır. Trotski, Çiçerin, Litvinov, Qromıka kimi şəxsiyyətlərin intellektual və hiyləgər manevrləri, Stalin-Molotov tandeminin törətdiyi ağlasığımaz əməllər, keçid dövründə Kozırevin maraqlı siyasi demarşları oxucuya çox maraqlı faktaloji bilgi qazandırır. Doğrudur, burada gözləyirdim ki, Dağlıq Qarabağla bağlı daha detallı faktlar və mülahizələrlə tamış olacağam, lakin bu mövzuya demək olar ki, epizodik təmas edilib. Ən maraqlısı yadımda o qaldı ki, 1920-ci ildə Dağlıq Qarabağın ermənilərə verilməsinə Politbüroda ən çox israr edən Çiçerin olsa da, Qafqaz üzrə söz sahiblərindən biri olan Serqo Orcanikidze buna qəti etiraz edir və əsaslandırır ki, hazırda biz Mustafa Kamala Antantaya qarşı dəstək veririk, azərbaycanlılar da türklərlə yaxındırlar, bu addım münasibətlərimizə xələl gətirər, dağlıq Qarabağın Azərbaycanda qalması məsləhətdir.
Bir maraqlı epizod da Trotski ilə bağlıdır. 1923-cü ildəTrotski ordunun və donamanın başındadır, ölkədə ən güclü adam sayılır. Stalin isə partiyanın başındadır və Trotskinin kölgəsində qalır. 1923-cü ilin payızında Trotski çox xoşladığı ördək ovuna gedir və sətəlcəm olur. 6 ay qızdırma içində olduğundan və Suxumidə müalicə aldığından naziri olduğu idarənin işindən tam aralanır. Sağalıb geri dönüşdə görür ki, özü nazir olsa da bütün yaxın adamları oradan uzaqlaşdırılıb. Trotskinin Stalinə məğlubiyyəti məhz bu təsadüfi hadisədən sonra mümkün olur. Sonradan Trotski bu hadisəni xatırlayaraq yazır ki; "Dövlətin və inqilabın taleyini əvvəlcədən müəyyənləşdirmək mümkündür, lakin payızda ördək ovunun yarada biləcəyi fəsadları görmək mümkünsüzdür".
Bir də Nikson ABŞ-ın vitse-prezidenti kimi Moskvaya gələndə Xruşovla təmasda olur və iki şeyə təəccüblənir. Birincisi, Moskvada ərzaq dükanlarında həm satıcının, həm də alıcının tərəzisinin olmasına. Düşünür ki, necə ola bilər ki, satıcı malı satdıqdan sonra alıcı onun aldatmadığını yoxlasın. İkincisi isə, Nikson Xruşova deyir ki, vaxtilə ilk pulunu ticarətdən qazanıb və yol üstündə bir şeylər sataraq dolanıb. Xruşov birbaşa Niksona deyir ki, "bütün ticartəçilər oğrudurlar!" Yəni sovet məntiqsizliyi.
Oxumağa dəyən bir kitabdır. Xüsusilə diplomatik işlərdə çalışanlar üçün faydalıdır.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !