ADMİU-nun tələbəsi Beynəlxalq Yay Kino Məktəbində iştirak edib - ( +FOTO=14 )

ADMİU-nun tələbəsi Beynəlxalq Yay Kino Məktəbində iştirak edib ( +FOTO=14 )

ADMİU-nun Kino və Televiziyafakültəsinin Operator sənəti ixtisası üzrə 4-cü kurs tələbəsi Nicat Əhmədov S.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ВГИК)təşkiletdiyi 11-ci Beynəlxalq Yay Kino Məktəbində iştirak edib. 100 yaşlı kino məktəbinin təşkilatçılığı ilə keçirilən yay məktəbində Azərbaycanla yanaşı, Çin, Özbəkistan, Ekvador, Macarıstan və Belarusdan tələbələri ştirak edib. NicatƏhmədov Beynəlxalq Yay məktəbinin Animasiya seksiyasına qatılıb. Seksiyanın əsas mövzusu Svetloqorsk şəhəri, onun tarixi, mifləri və əfsaənləri olub.
Kino məktəbinin iştirakçıları üçün animasiya və multimediya fakültəsinin tədris auditoriyalarına, computer siniflərinə və pavilyonlarına eksursiya təşkil edilib. Tələbələr həmçinin qabaqcıl animasiya texnologiyaları ilə işləyən Motion Capture (Hərəkətintutulması) pavilyonuilətanışolublar.
Tələbələr birlikdə böyük multimediya layihəsində iştirak edib, həmçinin kiçik qruplar şəklində eksperimantal və qarışıq texnikalar əsasında kiçik animasiya və multimediya süjetlərinin hazırlanması üzərində çalışıblar. Tələblərin hazırladığı işlər ÜDKİ-nin rəsmi saytında yerləşdirlib.
Yay məktəbi çərçivəsində iştirakçılara məşhu rİsveçrə rejissoru Otto Adler, həmçinin Rusiyanın tanınmış kino mütəxəssisləri Yelena Yaremenko, Aleksey Zayçevvə Stanislav Sokolovustad dərsi keçiblər.
Yay məktəbinə qatılan tələbələr həmçinin “Baltkdebütləri” kino festivalının jüri sədri Marko Müller, kinoşünas Alena Şumakova, “Listapad” Minsk Beynəlxalq Kino Festivalının proqram direktoru İqor Sukmanov, finlandiyalı prodüser və ssenarist İlkka Matila, ÜDKİ-ninrektoru Vladimir Malışev, “ÜDKİ-Debüt” prodüser mərkəzinin başdirektoru Fedor Popovla da tanış olmaq imkanı qazanıblar.
Azərbaycanlı tələbə yay məktəbində təhsil aldığı ADMİU-nu təmsil edib, öz ideyaları haqqında danışıb. Nicat Əhmədov Yay məktəbində fəal iştirakına görə S.Qerasimovadına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun sertifikatına və “Baltkdebütləri” kino festivalının diplomuna layiq görülüb.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !